Çelsi və Betis dən qələbə

02.05.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.

QOL.az xəbər verir ki, hər iki matç eyni gündə oynanılıb.

İspaniyada "Betis" İtaliya "Fiorentina"sını məğlub edib. İngiltərə "Çelsi"si isə İsveçdə "Yurqorden"ə qalib gəlib.

Qeyd edək ki, yarımfinalın cavab matçları mayın 8-də keçiriləcək.

Konfrans Liqası, 1/2 final, ilk oyunlar

1 may

23:00. “Betis” (İspaniya) - “Fiorentina” (İtaliya) - 2:1

Qollar: Ezzalzuli, 6, Antoni, 64 - Ranyeri, 73

23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:4

Qollar: Muluqeta, 68 - Sanço, 13, Maduke, 43, Cekson, 59, 65

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью