“Çelsi” və “Betis” finala yüksəldi

09.05.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Çelsi” İngiltərədə İsveçin “Yurqorden” komandasını qəbul edib. İlk matçda 4:1 hesabı ilə qalib gələn London klubu bu dəfə də sevinən tərəf olub - 1:0. Bununla da "zadəganlar" finala yüksəlib.

İspaniyanın “Betis” klubu isə İtaliyada “Fiorentina”nın qonağı olub. İlk matçda 2:1 hesabı ilə rəqibini məğlub edən Sevilya təmsilçisi cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxta gedən qarşılaşmada bir top vuran "Betis" həlledici raundda "Çelsi" ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları

8 may

23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2

İlk oyun - 1:2

23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0.

İlk oyun - 4:1

Qeyd edək ki, turnirin final görüşü mayın 28-də Polşada təşkil olunacaq.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью