Çelsi və Mançester Yunayted Komo nun argentinalısını transfer etmək istəyir

22.10.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Çelsi" və "Mançester Yunayted" gələn mövsüm "Komo"nun yarımmüdafiəçisi Niko Pası heyətinə qatmağı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesaında paylaşım edib.

Mənbənin sözlərinə görə, "Real"ın argentinalı futbolçunu 80 milyon avro qarşılığında geri qaytarmaq hüququ var. Anlaşmadakı bu bənd gələn il iyulun 1-dən 15-nə qədər qüvvədə olacaq.

İtaliya təmsilçisi isə futbolçunu heyətdə saxlamağa ümid edir.

Qeyd edək ki, argentinalı futbolçu cari mövsümdə meydana çıxdığı 10 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью