Çelsi və Mançester Yunayted Niko Uilyams üçün dövrədədir

20.07.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Atletik Bilbao"nun və İspaniya millisinin ulduz vingeri Niko Uilyams üçün İngiltərədə böyük "müharibə" başlayıb.

Fanat.Az xəbər verir ki, Londonun "Çelsi" və "Mançester Yunayted" klubları 24 yaşlı futbolçunun müqaviləsində yer alan 90 milyon avroluq xitam bəndini ödəyərək onu heyətlərinə qatmağa hazırdırlar.

Hər iki nəhəngin ispan ulduzu razı salmaq üçün astronomik maaş təklif etdiyi bildirilir.

Futbolçunun hansı klubu seçəcəyi isə bütün Avropa mediasının diqqət mərkəzindədir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью