Çelsi və Nyukasl Bavariya nın müdafiəçisi ilə maraqlanır

18.04.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bavariya"nın müdafiəçisi Kim Min Ce yayda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, cənubi koreyalı futbolçunun performansı baş məşqçi Vensan Kompanini qane etmir. Bu barədə "Mercato" məlumat yayıb.

"Bavariya" Kim üçün gələn təklifləri dəyərləndirəcək. "Çelsi" və "Nyukasl" başda olmaqla İngiltərənin bir neçə klubu 28 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəyir. Təcrübəli oyunçu ilə İtaliyadan da bir klub maraqlanır.

Qeyd edək ki, "Bavariya" Kim Min Ceni 2023-cü ilin yayında "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 3 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью