Çelsi və Tottenhem məğlub OLDU

26.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə İngiltərə Premyer Liqasında "Çelsi" və "Tottenhem" məğlub olub.

"Unikal" xəbər verir ki, XVIII turun oyununda "Fulhem"i qəbul edən "zadəganlar" 1:2 hesabı ilə uduzublar.

"Tottenhem" isə səfərdə "Nottinqem Forest"lə bacarmayıb - 0:1.

Digər görüşlərdə "Nyukasl" doğma divarlar arasında "Aston Villa"nı 3:0, "Vest Hem" isə səfərdə "Sautqempton" 1:0 hesabı ilə üstələyib.

Turun açılış matçında - "Mançester Siti" və "Everton" kollektivlərinin duelində isə qalib müəyyənləşməyib - 1:1.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью