Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Çelsi" müdafiə xəttini Maksens Lakrua ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə klubu fransalı mərkəz müdafiəçisinin transferi ilə bağlı "Kristal Pelas"la razılıq əldə edib.
"Qartallar"a 60 milyon avro ödəməyə hazırlaşan "Mavilər" 26 yaşlı müdafiəçini heyətinə qatmağa çox yaxındır.
Lakruanın bu gün tibbi müayinədən keçməsi, ardınca isə "Çelsi" ilə 2032-ci ilə qədər nəzərdə tutulan müqaviləni imzalaması gözlənilir.
Qeyd edək ki, transferin rəsmi elanının tibbi müayinələrdən sonra baş tutacağı gözlənilir.
Əlisahib İbrahimli