Çelsi yeni transferini icarəyə verəcək

12.06.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Yarımmüdafiəçi Kendry Paez "Çelsi"yə qoşulduqdan dərhal sonra icarəyə veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu iyulda Ekvadorun "İndependiente" klubundan ayrılaraq Avropaya keçəcək.

Futbolçu "Çelsi"də qalmayacaq. "Mavilər" oyunçunu 2025/26 mövsümünün sonuna qədər Fransanın "Strasburq" klubuna icarəyə verməyi planlaşdırır.

Kendry Paezin transferi "Çelsi"yə 10 milyon avroya başa gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью