Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Çelsi" "Yuventus"un futbolçusuna göz dikdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Çelsi" klubu "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviçi heyətinə qatmağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Qeyd olunur ki, London təmsilçisinin nümayəndələri artıq futbolçunun atası və eyni zamanda meneceri olan Miloş Vlahoviçlə əlaqə saxlayıblar.
Həmçinin məlumata görə, futbolçu ilə “Bavariya”, “Barselona” və “Nyukasl” klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Vlahoviç 2025/2026 mövsümündə “Yuventus”da 23 matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.