Çelsi Yuventus un ulduzuna görə hərəkətə keçdi

21.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yuventus"un 24 yaşlı serbiyalı hücumçusu Duşan Vlahoviç "Çelsi"nin yeni oyunçusu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Klublar artıq transfer imkanlarını müzakirə ediblər. Danışıqların təfərrüatları hələlik açıqlanmasa da, "zadəganlar"ın serb forvard üçün ciddi təklif etməyə hazır olduğu məlumdur.

Vlahoviç bu mövsüm "Yuventus"un heyətində 17 oyun keçirib və 7 qol vurub. Duşanın həmçinin Çempionlar Liqasında 5 oyunu və 4 qolu var.

"Transfermarkt" Vlahoviçi 60 milyon avro dəyərində qiymətləndirir.

Heybət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью