Çelsi Yuventus un ulduzuna göz dikdi

24.08.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

İngiltərənin "Çelsi" klubu "Yuventus"un cinah yarımmüdafiəçisi Fransisko Konseysaonu transfer siyahısına daxil edib.

Fanat.Az xəbər verir ki, London təmsilçisi Pedro Netunun "Əl-Hilal"a mümkün keçidi gerçəkləşəcəyi təqdirdə portuqaliyalı ulduz üçün rəsmi addım atacaq.

Məşhur menecer Jorje Mendeş "Yuventus"a 30 milyon avroluq təklif təqdim etməyə hazırlaşsa da, Turin klubu futbolçusunu 40 milyon avrodan ucuza buraxmaq niyyətində deyil.

Konseysao özü isə hazırda karyerasını "Yuventus"da davam etdirməyə üstünlük verir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью