“Çelsi”də dövr başa çatdı: Boli klubdan tamamilə ayrıldı

17.09.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərənin “Çelsi” futbol komandasında sahiblik strukturu dəyişib.

İdman.Biz xəbər verir ki, Todd Boli və Mark Volter kluba məxsus ümumi təxminən 25 faizlik paylarını “Clearlake Capital”a satıblar. Müqavilənin dəyərinin təxminən 950 milyon funt sterlinq olduğu bildirilir.

“Çelsi”nin rəsmi açıqlamasına əsasən, Clearlake hər iki səhmdarın payını aldıqdan sonra klub üzərində tam nəzarəti əldə edib. Hansyorq Viss isə səhmdarlardan biri kimi qalacaq.

Boli eyni zamanda “Çelsi”nin sədri vəzifəsini də tərk edib. O, 2022-ci ildən klubun rəhbərliyində idi.

“Çelsi” 2022-ci ildə Roman Abramoviçdən Todd Boli, Clearlake Capital, Mark Volter və Hansyorq Vissin daxil olduğu konsorsium tərəfindən alınmışdı.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью