futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
”Çelsi”nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes komanda yoldaşları və klub rəhbərliyi ilə yaşadığı insidentdən sonra cəzalandırılıb.
Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu üzr istəməsinə baxmayaraq, “Mançester Siti” ilə vacib matçı tribunadan izləyəcək.
Klub rəhbərliyi futbolçunun üzrünü qəbul etsə də, intizam qaydalarını əsas gətirərək onu ən mühüm oyunda meydandan kənarda saxlayıb.
“Çelsi”nin sükanı arxasında olan Liam Rozenyor məsələ ilə bağlı bunları deyib:
”Enzo bazar günü oynamayacaq. Ümid edirəm ki, ondan sonra o, yenidən komandanın vacib hissəsinə çevriləcək. Hazırda aşmalı olduğumuz bəzi maneələr var. Onunla çox yaxşı söhbətimiz oldu, məndən və klubdan üzr istədi. Gələn həftə vəziyyətə yenidən baxacağıq”.
Xatırladaq ki, Enzo Fernandes Amerika Kubokundakı qələbədən sonra irqçi xarakterli şüarların yer aldığı video paylaşdığı üçün komanda yoldaşlarının və ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Görünən odur ki, klub daxilində sular hələ durulmayıb.