“Çelsi”də möhkəmlənə bilməyən müdafiəçinin “Milan”a keçidi gözlənilir

22.12.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Çelsi”nin fransalı mərkəz müdafiəçisi Aksel Disasi karyerasını davam etdirə biləcəyi yeni variantlar axtarır. 27 yaşlı futbolçu artıq uzun müddətdir “mavilər”in əsas heyətindən kənarda qalıb və London klubu onunla qış transfer pəncərəsində yollarını ayırmaq niyyətindədir.

İdman.Biz xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun məlumatına görə, fransız futbolçunun yanvar ayında komandadan gedişi demək olar ki, qaçılmazdır və bu barədə potensial alıcı klublar da məlumatlıdır.

Disasinin xidmətləri “Milan”a təklif olunub. Söhbət satınalma müqaviləsi əsasında icarə variantından gedib. Lakin İtaliya nəhəngi hələlik futbolçunun agentinə yekun söz deməyib.

Transfermarkt portalı Aksel Disasinin transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью