Çelsidə şok itki

02.12.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

"Çelsi"nin mərkəz müdafiəçisi ciddi zədə alıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 13-cü turunda "Aston Villa" ilə doğma divarlar arasında keçirilən görüşdə “Çelsi”nin mərkəz müdafiəçisi Vesle Fofana sağ budundan ağır zədələnib. 

Belə ki, fransalı müdafiəçi oyununun 59-cu dəqiqəsində oyun epizodu zamanı xəsarət alıb.

Oyundan sonra "Çelsi"nin Enzo Mareska mətbuat konfransında baş verən hadisədən məyus olduğunu bildirib. O, qeyd edib ki, Fofana bir ay yaşıl meydanlardan uzaq qala bilər.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью