“Çelsi”də Sterlinqin yanvarda klubdan ayırmasını istəyirlər Sky Sports

27.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Çelsi” yanvar ayında yarımmüdafiəçi Rahim Sterlinqlə yollarını ayırmaq niyyətindədir.

İdman.Biz bu barədə Sky Sports News-a istinadən bildirir.

Mənbənin məlumatına görə, London klubu hazırda oyunçu və onun nümayəndələri ilə danışıqlar aparır. Onun qış transfer pəncərəsinin bağlanmasına qədər klubdan ayrılacağı gözlənilir.

Yanvarın əvvəlində Sterlinqin “Vest Hem”ə icarəyə verilməsini rədd etdiyi və “Fulhem”ə keçmək istədiyi bildirilmişdi.

31 yaşlı futbolçu bu mövsüm “Çelsi”də bir dənə də olsun oyun keçirməyib və əsas heyətdən ayrı məşq edir. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Ötən mövsüm Sterlinq “Arsenal”da icarə əsasında oynayıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью