“Çelsi”də uğursuz nəticələr Alonso göndəriləcəkmi?

24.11.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Çelsi”də uğursuz nəticələr – Alonso göndəriləcəkmi?

İngiltərə Premyer Liqasında uğursuz çıxış edən “Çelsi”nin baş məşqçisi Xabi Alonsonun gələcəyi ilə bağlı klub rəhbərliyinin mövqeyi məlum olub.

QOL.az İngiltərənin “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, London klubunun sahibləri və futbol departamentinin rəhbərliyi komandanın çempionatda beşinci məğlubiyyətini almasına və azarkeşlərin tənqidlərinə baxmayaraq, ispaniyalı mütəxəssisə etimad göstərməkdə davam edirlər.

Klub rəhbərliyi 44 yaşlı məşqçiyə vaxt verməyin tərəfdarıdır. Onlar Alonsonu ağıllı, çalışqan və mövcud vəziyyəti düzəltməyə qadir mütəxəssis hesab edirlər.

“Çelsi” rəhbərliyi mövsümün ortasında baş məşqçi dəyişikliyinə yol vermək istəmir. Alonsonun qarşıdakı oyunlarda əsas vəzifəsi komandanın müdafiə xəttini gücləndirmək olacaq.

Qeyd edək ki, Xabi Alonso bu ilin iyulundan “Çelsi”ni çalışdırır. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.

London təmsilçisi Premyer Liqada 11 oyundan sonra 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью