Çelsidən gözlənilməz MƏĞLUBİYYƏT

27.12.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün "Çelsi" öz meydanında "Fulhem"i qəbul edib.
 

London komandalarının qarşılaşmasında qonaqlar 2:1 hesablı qələbə qazanıb.


Beləliklə, "Fulhem" 1979-cu ildən bəri ilk dəfə "Çelsi"ni səfərdə məğlub edib. Bununla da "göylər"in hazırkı mövsümdə 13 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.
Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 35 xalla 2-ci, "Fulhem" isə 28 xalla 8-ci yerdədir.
"Çelsi" - "Fulhem" - 1:2
Qollar: Koul Palmer, 16 (1:0), Harri Uilson, 82 (1:1), Rodriqo Munis, 90+5 (1:2)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью