Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubu 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsindəki ev oyunlarını Londonun “Stemford Bric” stadionunda təşkil edəcək.
Futbolpress.az xəbər verir ki, 2025/26 mövsümünün yekunlarına əsasən avrokuboklara vəsiqə qazana bilməyən “Çelsi” öz doğma arenasının qapılarını “Şaxtyor”un üzünə açıb.
Donetsk təmsilçisi Rusiya–Ukrayna müharibəsilə əlaqədar doğma arenası “Donbas Arena”da oynaya bilmədiyi üçün əvvəlki mövsümlərdə avrokuboklardakı ev matçlarını Almaniyanın Hamburq və Polşanın Varşava şəhərlərində keçirmişdi.