Çelsini bu üç futbolçu tərk edəcək ADLAR

21.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Çelsi"nin üç futbolçusu bu qış "transfer pəncərəsi"ndə London komandasını tərk etməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, Ben Çiluell, Karni Çukvuemeka və Çezare Kazadei "zadəganlar"dan ayrılmaq istəyir. Hər üç futbolçuya bu mövsüm əsas heyət üzvü gözü ilə baxılmır və demək olar ki, oynamırlar. 

21 yaşlı italyan Kazadei böyük ehtimalla, karyerasını A Seriyasının klublarından birində davam etdirəcək. 

Xatırladaq ki, hazırda Entso Mareskinin rəhbərliyi altında "Çelsi" İngiltərə elit divizionunun turnir cədvəlində ikinci yeri tutur.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью