Çelsinin aparıcı futbolçusu sıradan çıxdı

02.12.2024

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi" aparıcı futbolçularından birini itirib.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi zədə səbəbindən ilin sonuna qədər sıradan çıxıb.

İngiltərə Premyer Liqasının 13-cü turunda "Aston Villa" ilə evdə keçirilən görüşdə “Çelsi”nin mərkəz müdafiəçisi sağ ayaq budundan zədələnib.

23 yaşlı Fofana 60-cı dəqiqədə əvəzlənib. Klubun baş məşqçisi Enzo Mareska məsələ haqda bu cür danışıb: “Fofana ən azı üç, hətta beş həftəni buraxacaq. Ciddi itkidir”.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью