“Çelsi”nin Barrios planı

04.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Atletiko”nun futbolçusu Pablo Barrios karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” ispaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. London klubunun baş məşqçisi Xabi Alonso komandadan ayrılan Enzo Fernandesə əvəzləyici kimi məhz Barriosu görür.

“Zadəganlar” yay transfer dönəmində yarımmüdafiəçi üçün danışıqlar aparsa da, razılıq əldə olunmayıb. “Çelsi” yanvarda Pablo üçün 100 milyon avro təklif etməyi planlaşdırır.

Barriosun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir. Onun sərbəstqalma məbləği 500 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью