“Çelsi”nin baş məşqçisi: “Belə futbol olmur”

29.06.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Benfika” ilə matçın fırtına təhlükəsi səbəbindən 2 saatlıq dayanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Klublararası Dünya Çempionatının ABŞ-də keçirilməsinin düzgün qərar olmadığını qeyd edib:

“Bir turnirdə 6-7 oyunda fasilə yaranırsa, deməli problem var. Bir oyun 2 saat dayana bilməz. Bu, zarafatdır! Belə futbol olmur. Bəlkə də, ABŞ futbol oynamaq üçün uyğun yer deyil”.

“Benfika” – “Çelsi” oyunu 85-ci dəqiqədə fırtına təhlükəsi səbəbindən dayandırılıb. 2 saat sonra bərpa olunan matçda “zadəganlar” 4:1 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью