Çelsinin baş məşqçisi: Çempion olmağa şansımız yoxdur

03.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi"nin baş məşqçisi Enzo Mareska komandasının hazırki durumu və gələcəyi haqda danışıb. 

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib: "Biz çempionluq yarışında iştirak etmirik. Bu, mənim fikrimdir. Heç bir şansımız yoxdur. Rəhbərliyə demişdim ki, növbəti 5-10 il ərzində "Çelsi" İngiltərə futbolunda dominant ola bilər. Düşünürəm, biz düzgün yoldayıq". 

Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 25 xalla 3-cü yerdədir. Həmin xal sayı ilə "Arsenal" 2-ci, "Liverpul" isə 34 xalla 1-ci yerdədir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью