Çelsinin baş məşqçisi: Çempion olmağa şansımız yoxdur

03.12.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Çelsi"nin baş məşqçisi Enzo Mareska komandasının hazırki durumu və gələcəyi haqda danışıb. Sport24.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib:

"Biz çempionluq yarışında iştirak etmirik. Bu, mənim fikrimdir. Heç bir şansımız yoxdur. Rəhbərliyə demişdim ki, növbəti 5-10 il ərzində "Çelsi" İngiltərə futbolunda dominant ola bilər. Düşünürəm, biz düzgün yoldayıq". 

Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 25 xalla 3-cü yerdədir. Həmin xal sayı ilə "Arsenal" 2-ci, "Liverpul" isə 34 xalla 1-ci yerdədir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью