Çelsinin baş məşqçisi: Oyuna nəzarət etməyimiz vacib idi

12.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çelsi"nin baş məşqçisi Enzo Mareska İngiltərə Liqa Kubokunun 1/32 final mərhələsinin ev oyununda "Morekamb" üzərində qazanılan qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, “BBC”yə danışan italiyalı komandasının 5:0 hesablı qalibiyyəti haqda bunları deyib:

"Peşəkar yanaşma və keyfiyyətli futbol idi. Ona görə də komandamdan tamamilə razıyam. Hesabı erkən açaraq, oyunun gedişatına nəzarət etməyimiz vacib idi. Bunu edə bildiyimiz üçün şadam".

Qeyd edək ki, yanvarın 14-də Stamford Bricdə keçiriləcək İngiltərə Premyer Liqasının növbəti matçında "Çelsi" doğma meydanda "Bornmut"la qarşılaşacaq.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью