Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün “Qarabağ” “Çelsi”ni qəbul edəcək. London təmsilçisi oyundan əvvəl hiyləgərlik etdi. Futbolçuların orqanizminin bioritmini, iqlimi nəzərə alaraq bu gecə Bakıya gəldilər.
Məsələ isə başqadı. Bəxt də “zadəganlar”ın yanında oldu.
London yağışlı havası ilə tanınır. Son bir neçə gündə Bakının havası da “Dumanlı Albion”dakına bənzəyir. “Küləklər şəhəri” yaman yağışlıdı. Meydanın yaş olmasına daha çox öyrəşən tərəf də Entso Mareskanın komandasıdı. Amma bunlar hamısı nəzəriyyətdi. Oynayan yağışda da oynayar, boranda da. İngilislərə qarşı da, lap Antarktidadan olanlara da!
MÜZƏFFƏR QULUZADƏ