Çelsinin əfsanəsi İngiltərə klubunun baş məşqçisi oldu

28.11.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

“Koventri” rəsmi olaraq Frenk Lempardın baş məşqçi təyin olunduğunu elan edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, tərəflər 2027-ci ilin yayına kimi müqavilə imzalayıb.

Lempardın son klubu 2022/23 mövsümü üçün  müvəqqəti baş məşqçisi kimi çalışdığı "Çelsi" olub. Onun rəhbərliyi altında komanda 11 görüşdə 1 qələbə qazanıb.

“Koventri” 17 oyundan sonra 17 xalla “Çempionşip”in turnir cədvəlində 17-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью