Çelsinin futbolçusu Almaniya klubu ilə anlaşıb

13.01.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi" və Portuqaliya millisinin üzvü Renato Veyqa qışda iş yerini dəyişməyə yaxındır. 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Borussiya"(Dortmund) klubuna keçməyə hazırlaşır.

Artıq tərəflər arasında danışıqlar başlayıb. 

"Zadəganlar" 21 yaşlı futbolçu üçün 20 milyon funt sterlinq təzminat tələb edir. Dortmund klubu isə Veyqa üçün lazımı məbləği ödəməyə hazırdır. 

Portuqaliya millisinin üzvü "Sportinq", "Auqsburq", "Bazel"də oynadıqdan sonra 2024-cü ildə "Çelsi"yə keçib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью