Çelsinin futbolçusu Fənərbağçada çıxış edə bilər

03.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

İngiltərə təmsilçisi "Çelsi"nin müdafiəçisi Aksel Disasi Türkiyənin "Fənərbağça" klubunda çıxış edə bilər.

"Report" "Sözcü" nəşrinə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər"in baş məşqçisi Jose Mourinyo 26 yaşlı oyunçunu diqqət mərkəzində saxlayır.

İstanbul klubu qış "transfer pəncərəsi"ndə keçidi həll etməyə çalışacaq.

Qeyd edək ki, Aksel Disasi "Çelsi"yə 2023-cü ilin avqust ayında "Monako"dan keçib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью