“Çelsi”nin futbolçusu “Ginnes”ə düşdü

12.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çelsi" klubunun ulduz futbolçusu Koul Palmer "Ginnesin Dünya Rekordları" kitabının rəsmi rekordçusu adına layiq görülüb.

“Yeni Sabah” xəbər verir ki, ingilis yarımmüdafiəçi 2024-cü il aprelin 15-də İngiltərə Premyer Liqası çərçivəsində "Everton"a qarşı keçirilən qarşılaşmada cəmi 29 dəqiqə ərzində "mükəmməl het-trik" (sol ayaq, sağ ayaq və başla vurulan qollar) müəllifi olaraq liqa tarixində yeni rekorda imza atıb.

Həmin görüşdə Palmer 13-cü dəqiqədə sol ayağı, 18-ci dəqiqədə başı, 29-cu dəqiqədə isə sağ ayağı ilə rəqib qapısına yol tapıb. Bununla da o, 1995-ci ildən bəri Tommi Consona məxsus olan 38 dəqiqəlik rekordu yeniləyib. Elektronika məhsulları

Matçın ikinci hissəsində penaltidən daha bir qol vuran gənc futbolçu qarşılaşmanı "poker"lə tamamlayıb, "Çelsi" isə rəqibini 6:0 hesabı ilə darmadağın edib. Sözügedən tarixi nailiyyət artıq "Ginnesin Dünya Rekordları" təşkilatı tərəfindən təqdim edilən rəsmi sertifikatla təsdiqlənib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью