Çelsinin futbolçusu üçün 60 milyon avroluq təklif

03.12.2024

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çelsi"nin futbolçusu Kristofer Nkunku karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu ölkənin bir neçə klubu 27 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Ərəblər Nkunku üçün "Çelsi"yə 60 milyon avroluq təkliflə müraciət edib. London klubu 27 yaşlı futbolçu ilə bağlı qərarı yanvar ayında verəcək.

Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu ötən ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 20 rəsmi matçda 11 qol və 1 məhsuldar ötümə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью