“Çelsi”nin futbolçusu yeni rekorda imza atdı İdmanXəbər

09.12.2024

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Tottenhem”ə 2 qol vurmaqla yeni rekorda imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu 2024-cü ildə İngiltərə Premyer Liqasında 25 qola və 13 qol ötürməsinə imza atıb. Bununla da o, “Çelsi”nin tarixində 1 il ərzində ən çox məhsuldar nəticə göstərən futbolçu olub. 

Palmer “Çelsi”nin heyətində 48 oyunda 33 qola və 17 qol ötürməsinə imza atıb. Onun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью