“Çelsi”nin futbolçusu yığmadan kənarlaşdırıldı

07.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

İngiltərə millisinin heyətində dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, yığmanın müdafiəçisi Ris Ceyms heyətdən çıxarılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi “Çelsi”nin “Liverpul”a qarşı keçirdiyi Premyer Liqa matçında (2:1) zədə aldığı üçün millinin oyunlarını buraxacaq.

İngiltərə yığması oktyabrın 9-da Uelslə yoldaşlıq, 14-də isə Latviya ilə DÇ-2026 oyununa çıxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью