Çelsinin futbolçusu zədə səbəbindən mövsümü erkən başa vura bilər

03.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Çelsi" klubunun mərkəz müdafiəçisi Uesli Fofana zədə səbəbindən mövsümü erkən başa vura bilər.

"Report" xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Enzo Mareska yerli mətbuata açıqlamasında bildirib.

Bud nahiyəsindən zədə alan fransalı futbolçunun mövsümün qalan hissəsində meydana çıxmayacağı istisna olunmur.

Qeyd edək ki, U.Fofana cari mövsüm İngiltərə Premyer Liqasında 12 matçda iştirak edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью