Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi”nin zədəli futbolçusu Kol Palmerin son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, hücumçu azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Enzo Mareska yerli mətbuata açıqlamasında deyib.
“Çelsi” Çempionlar Liqasında IV turda “Qarabağ”ın qonağı olacaq. Görüş noyabrın 5-də keçiriləcək.