Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin “Çelsi” futbol klubunun 20 yaşlı hücumçusu Mark Qiu “RB Leypsiq”ə keçməyə yaxındır.
İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər gizli danışıqların ardından razılığa çox yaxındır və ispaniyalı futbolçu ilə müqavilənin şərtləri artıq razılaşdırılıb.
Transferin şərtlərinə əsasən, “Çelsi” Qiu gələcəkdə başqa kluba satılacağı təqdirdə həmin məbləğin müəyyən faizini əldə edəcək.
Qeyd edək ki, Qiu ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.