Çelsinin hücumçusu zədələndi

13.02.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Çelsi"nin futbolçusu Nikolas Cekson sıradan çıxıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 25-ci turunda keçiriləcək "Brayton"la matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 

23 yaşlı hücumçu 6-8 həftə ərzində yaşıl meydanlardan uzaq olacaq. Zədənin detalları ilə bağlı məlumat yoxdur. 

Qeyd edək ki, Nikolas Cekson bu mövsüm "Çelsi"nin heyətində 24 oyuna çıxaraq 9 qol vurub və 5 qolun ötürməsini edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью