Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin “Çelsi” futbol komandasının kapitanı Ris Ceyms uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
İdman.Biz “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi dizindən əməliyyat olunub və təxminən üç ay futbol oynaya bilməyəcək.
İngiltərə millisinin üzvü oktyabrın 9-da məşq zamanı zədələnib. Bu səbəbdən o, komandasının “Bornmut” üzərində 5:1 hesablı qələbə qazandığı qarşılaşmanı buraxıb.
“Çelsi” rəhbərliyi oktyabrın 16-da futbolçunun dizindən uğurlu əməliyyat keçirdiyini təsdiqləyib. Ceyms artıq klubun Kobhemdəki bazasında tibbi heyətin nəzarəti altında bərpa prosesinə başlayıb.
2027-ci ilin yanvarına qədər meydana qayıtmayacağı gözlənilən futbolçu “Tottenhem”, “Mançester Yunayted”, “Liverpul” və “Mançester Siti” ilə vacib qarşılaşmaları buraxacaq.