Çelsinin kapitanı yenə zədələndi

21.11.2024

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, son vaxtlar zədələrdən əziyyət çəkən kapitan Ris Ceyms yenidən sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

İngiltərəli sağ cinah müdafiəçisi noyabrın 23-də "Lester Siti" ilə keçiriləcək Premyer Liqa matçında komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Ris Ceyms bu mövsüm "Çelsi"nin heyətində 4 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью