Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
“Çelsi”nin keçmiş futbolçusu, hazırda “Feyenoord” klubunda çıxış edən Rahim Sterlinq narkotikin təsiri altında avtomobil idarə etmək şübhəsi ilə polis tərəfindən saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu Hempşirdə magistral yolda saxlanılıb.
Sterlinqin avtomobili qoruyucu baryerə çırpılıb. O, narkotik maddə istifadəsi və saxlanılmasında şübhəli bilinir. Futbolçu tibbi müayinədən keçməkdən imtina edib. Daha sonra girov qarşılığında sərbəst buraxılıb.