“Çelsi“nin mərkəz müdafiəçisi “Qarabağ“ barəsində danışdı

05.11.2025

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Hər oyun çətin olacaq, buna hazır olmalıyıq".

Moderator.az xəbər verir ki, bu barədə "Çelsi"nin mərkəz müdafiəçisi Trevo Çaloba "Qarabağ" barəsində danışarkən deyib.

O bildirib ki, "Qarabağ" böyük nailiyyət qazanıb:

"Əgər onlar Çempionlar Liqasına vəsiqə qazanıblarsa, bu, böyük nailiyyətdir. Deməli, onlar buraya layiq olmaq üçün çox çalışıblar".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью