Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Çelsi” “Milan”ın qapıçısı Mayk Menyanı transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, London klubu fransalı qolkiper üçün A Seriyası təmsilçisinə 15 milyon avro təklif edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Çelsi” Klublararası dünya çempionatının startına qədər transferi tamamlamaq istəyir.
Menyan başa çatan mövsümdə 53 oyunun 15-də qapısını toxunulmaz saxlayıb.