Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Çelsi”nin qapıçısı Filip Yorgensen karyerasını Fransa Liqa 1-də davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 24 yaşlı danimarkalı qolkiper “Strasbur”a keçməyə yaxındır. Bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər icarə müqaviləsinin şərtlərini tam şəkildə razılaşdırmağa yaxındır. Hazırda klublar futbolçunun əməkhaqqının ödənilməsi qaydasını dəqiqləşdirirlər. Son detallar həll olunduqdan sonra keçid rəsmən açıqlanacaq.
Yorgensen artıq “Çelsi”nin mövsümöncəsi təlim-məşq düşərgəsini tərk edib.