Çelsinin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək

24.12.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Çelsi" klubunun sabiq hücumçusu Oskar Braziliya klubu ilə razılıq əldə edib.

Oxu.Az xəbər verir ki, Çinin "Şanxay Port" klubu ilə müqaviləsi başa çatan Oskar karyerasını ölkəsində davam etdirəcək.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Oskarın "San-Paulu"ya keçəcəyi gözlənilir. Tərəflər arasında 3 illik müqavilə ilə bağlı razılığın əldə olunduğu bildirilir.

Qeyd edək ki, Oskar 2017-ci ilin yanvarında "Çelsi"dən "Şanxay Port"a 60 milyon avro qarşılığında transfer olunmuşdu. Braziliya millisinin sabiq üzvü olan 33 yaşlı futbolçu bu müddət ərzində Çin təmsilçisinin heyətində meydana çıxdığı 248 rəsmi matçda 77 qol və 141 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью