futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mançester Yunayted” heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, “Qırmızı Şeytanlar” “Nyukasl”ın futbolçusu Lyuis Holl ilə maraqlanır. Bu barədə “Sky Sports” məlumat yayıb.
“Mançester Yunayted” sol cinah müdafiəçisi üçün danışıqlara başlayacaq.
Lyuis 2024-cü ildə 28 milyon funt-sterlinq qarşılığında “Çelsi”dən “Sağsağanlar”a keçib. O, başa çatan mövsümdə Premyer Liqada 30 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.