“Çelsi”nin sabiq oyunçusu Viktor Mozes Qazaxıstanın “Kaysar” klubuna keçib

24.01.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın “Kaysar” klubunun mətbuat xidməti özünün Telegram kanalında 35 yaşlı cinah yarımmüdafiəçisi Viktor Mozeslə müqavilə imzaladığını elan edib.

İdman.Biz xəbər verir ki, nigeriyalı futbolçu 2012-ci ildən 2021-ci ilə qədər “Çelsi”nin oyunçusu olub.

“Viktor Mozes bir sıra Avropanın ən yaxşı klublarında oynamış yüksək təcrübəli futbolçudur. Onun “Kaysar”a transferi komandanın qarşıdakı mövsüm üçün hədəflərinin əyani təsdiqidir.

Klub rəhbərliyi və məşqçilər heyəti Viktorun təcrübəsi və bacarıqlarının komandanın inkişafına və gənc oyunçularının böyüməsinə müsbət təsir göstərəcəyinə inanır”, - deyə klubun açıqlamasında bildirilir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью