Çelsinin sahibi cinsi təcavüzdə ittiham olunur

16.05.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin "Çelsi" klubunun sahibi Hansyorq Viss cinsi təcavüzdə ittiham olunur.

Bakıvaxtıı.az xarici mətbuata istinadən xəbər verir ki, 89 yaşlı funksionerə qarşı onun Kaliforniyadakı şərab zavodunun keçmiş işçisi iddia qaldırıb.

30 yaşlı Medison Basbi Hansyorq Vissi istənməyən yaxınlaşmalarda, uyğunsuz davranışlarda ittiham edib və onu məhkəməyə verib.

Hadisənin 2019-cu ildə baş verdiyi deyilir.

Qeyd edək ki, "Forbes"in məlumatına görə, Hansyorq Vissin sərvəti 4.8 milyard dollardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью