“Çelsi”nin yeni baş məşqçisi məlum olub

05.01.2026

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.

Onun sözlərinə görə, bir neçə gün öncə istefa verən Entso Mareskanı Liam Rosenyor əvəzləyəcək.

İngiltərəli mütəxəssis “zadəganlar”la müqavilə imzalamaq üçün artıq Londondadır. Rəsmi qərarın bu həftənin sonuna qədər açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Liam Rosenyorun son klubu Fransada “Strasbur” olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью