“Çelsi”nin yeni titul sponsoru məlum oldu

29.08.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin “Çelsi” futbol klubu yeni titul sponsoru ilə müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, London klubu rəqəmsal valyutalar üzrə ixtisaslaşmış ABŞ şirkəti “Circle Internet Group” ilə əməkdaşlığa başlayıb.

Razılaşmaya əsasən, şirkətin stabilkoini USDC-nin loqosu “Çelsi”nin formasının ön hissəsində yerləşdiriləcək. Sarı rəngdə olacaq loqo klubun əsas kişi və qadın komandalarının, həmçinin akademiyanın rəsmi oyunlarda geyindiyi formalarda yer alacaq.

Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıb. Klubun mövsümlük təxminən 50 milyon funt-sterlinq(115,5 milyon manat) gəlir əldə etməyə ümid etdiyi bildirilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью